RU

Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır. Buna baxmayaraq, mənzilin niyə bu qədər baha olması anlaşılmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
7
axar.az

9Источники