RU

Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.
BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır. Buna baxmayaraq, mənzilin niyə bu qədər baha olması anlaşılmır.
Избранный
7
7
buta.tv

9Источники