RU

Litva biznesi Qarabağın yenidən qurulması prosesinə inteqrasiya olunur

BAKI, 25 mart. TELEQRAF

Litva biznesi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə inteqrasiya olunub.

Bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Teleqraf-a müsahibəsində bildirib.

Diplomat Qarabağa etdiyi səfərlər zamanı bölgədəki müsbət dəyişiklikləri yüksək qiymətləndirib:

“Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri həqiqətən təqdirəlayiqdir. Mən Qarabağda üç dəfə olmuşam, Kəlbəcər, Xankəndi, Şuşa və Cəbrayılı ziyarət etmişəm. Bu ərazilərin necə sürətlə və peşəkarlıqla yenidən qurduğunun şahidi oldum. Artıq Litva biznesi də bu prosesə inteqrasiya olunub. Cəbrayılda zavod tikintisi, Kəlbəcərdə isə sağlamlıq mərkəzinin inkişafına töhfə kimi konkret layihələrimiz var”.

Избранный
27
1
teleqraf.com

2Источники