RU

Zərdabda maşın kanala aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-I

25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

10.42

Zərdabda yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəsarət alıb.

***

09.56

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

Fakt araşdırılır.

Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda Zərdabda
Избранный
20
4
apa.az

6Источники