RU

Trampdan İrana “15 bəndlik“ ultimatum Diplomatik gediş, yoxsa hərbi hiylə?

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Donald Tramp administrasiyası İrana müharibəni dayandırmaq üçün 15 bənddən ibarət genişmiqyaslı sülh planı təqdim etsə də, rəsmi Tehran hələ də bu təklifə konkret cavab verməyib və sənədi "yenidən nəzərdən keçirir".Moderator.az xəbər verir ki, "Financial Times" və "The New York Times" nəşrlərinin yaydığı məlumata görə, Vaşinqton bu mesajların ünvanına çatması üçün Pakistan, Türkiyə və Misir kimi vasitəçilərdən intensiv şəkildə istifadə edir. Strateji mənbələr bildirir ki, Trampın təklif etdiyi 15 bəndlik plan aşağıdakı ağır şərtləri ehtiva edir:

Nüvə tərksilahı: İranın nüvə proqramının tamamilə dayandırılması və bütün uran ehtiyatlarının ölkədən çıxarılması;

Raket məhdudiyyəti: Ballistik raket istehsalının minimuma endirilməsi və uzaqmənzilli raketlərdən imtina;

Hörmüz boğazı: Boğazın beynəlxalq gəmiçilik üçün dərhal və qeyd-şərtsiz açılması;

Vəkil qüvvələr: Regiondakı proksi qruplaşmalara (Hizbullah, Husilər və s.) maliyyə və hərbi dəstəyin kəsilməsi.

Buna qarşılıq olaraq ABŞ sanksiyaların mərhələli şəkildə ləğvini və İranın mülki nüvə layihələrinə (məsələn, Buşehr AES) dəstək vəd edir. Lakin Tehran bu planı "köhnə şərtlərin yeni qablaşdırması" kimi qiymətləndirərək ehtiyatlı davranır. İranın hərbi sözçüsü İbrahim Zülfüqari isə Trampın bu gedişini sərt tənqid edərək bildirib ki, "ABŞ sadəcə özü-özü ilə danışıqlar aparır" və bu, hərbi uğursuzluğu diplomatik qələbə kimi qələmə vermək cəhdidir. Maraqlıdır ki, diplomatik kanalların açıq olmasına baxmayaraq, Pentaqon "Epik Qəzəb" (Epic Fury) əməliyyatını dayandırmayıb və İrandakı strateji hədəfləri vurmağa davam edir. Regional diplomatlar hesab edirlər ki, Tehranın susqunluğu daxili iyerarxiyadakı parçalanma və ya daha əlverişli şərtlər üçün zaman qazanmaq taktikasından xəbər verir. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
moderator.az

10Источники