RU

İki böyük şəhər: Birində maşın saxlamağa yer yoxdur, digərində parkinqlər ləğv edilir FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı ilə Parisin müqayisə edilməsi bəlkə də yersiz alına bilər, lakin bəzən paralellər aparmaq lazım gəlir.

Bu gün Bakıda parklama yerlərinin azlığı heç kimə sirr deyil. İşə gələn və ya şəhərdə harasa gedən sürücülərin boş yer tapması ciddi problemə çevrilir.

Parkinq biznesi ilə məşğul olmaq isə sanballı gəlir mənbəyidir. Amma başqa şəhərlərdə vəziyyət fərqlidir. 

Avtosfer.az xəbər verir ki, Avropanın ən çox turist qəbul edən şəhəri Parisdə artıq parkinq biznesi səmərə vermir. Buna görə də əvvəllər bu işlə məşğul olanlar profili dəyişməli olurlar. Əvvəla, şəhərdə maşın sayı azalır. Bu gün parislilərin 66 faizinin, və ya hər 3 nəfərdən ikisinin avtomobili yoxdur.

Avtomobil sahibi olanların çoxu ondan gündəlik istifadə etsə də, ümumi intensivlik azdır. Eyni zamanda, avtomobil sayının azalması xroniki hal alıb. Bu səbəbdən parklama yerlərinə tələbat azalır. Son 5 ildə şəhər küçələrində 24 000 parklama yeri ləğv edilib.

İndi isə “Le Parisien” nəşrinin məlumatına görə, yeraltı parkinqlər də ləğv olunur. Onların tutumu 520 min avtomobildir ki, bu da yerüstü parklama yerlərindən 5 dəfə çoxdur.

Yeraltı parkinqlərin doluluq səviyyəsi 40 faizi keçmir ki, bu da idarəçilər üçün ciddi iqtisadi ziyandır. Məsələn, Parisin ən sıx ərazisi olan 16-cı dairədəki məşhur Foş yeraltı parkinqində 2030 yerdən mini ləğv edilib.

Bu yerlər turizm şirkətlərinə və şəhər logistika xidmətinə icarəyə verilib. Avtomobil parklanması xidməti artıq iqtisadi cəhətdən səmərəli deyil.

Təqdim etdiyimiz köhnə foto 50-ci illərdə çəkilib. O dövrdə Paris açıq səma altında qaraja bənzədilirdi. İndi isə hər il küçələr seyrəlir.  

Bunun da başlıca səbəbi ictimai nəqliyyatın işinin düz qurulmasıdır.

Bəs Bakıda da nə vaxtsa parklama yerləri artıqlığı ilə rastlaşa bilərikmi?

Suala nikbin cavab vermək mümkündür. Bir şərtlə ki metro şəbəkəsi genişlənsin, tramvay bərpa olunsun və ən əsası böyük müəssisələrin iş rejimində dəyişiklik edilsin. Avtomobilin az olduğu şəhər daha rahat şəhərdir.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
avtosfer.az

1Источники