Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb.
Fanat.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, təmsiıçimiz gümüş medal qazanıb.
20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib. O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.