RU

Marneuli və Hucabi yepiskopuCamdeliani Patriarxın vəsiyyətnaməsi ilə bağlı iddialara aydınlıq gətirib



Marneuli və Hucabi yepiskopu Georgi Camdeliani Gürcüstan Patriarxı II İliyanın vəsiyyətnaməsi ilə bağlı məsələyə münasibət bildirib. Gürcüstan mediasının yaydığı məlumata görə, Camdeliani "PalitraNews" telekanalının "Siyasi məkan" verilişində çıxışı zamanı qeyd edib ki, vəsiyyətnamənin mövcud olması məntiqi görünmür. Yepiskopun sözlərinə görə, patriarx hələ sağlığında – doqquz il əvvəl metropolit Şionu patriarx taxtının yerinə yetirəni kimi təyin edib. Bu səbəbdən əlavə vəsiyyətnamənin olması ehtimalı zəif hesab olunur. Georgi Camdeliani bildirib ki, Müqəddəs Sinodun iclasında bu məsələ də müzakirə olunub. Onun sözlərinə görə, iclas zamanı din xadimləri təsdiqləyiblər ki, patriarxlığa aid seyfdə hər hansı vəsiyyətnamə saxlanılmır və buna şübhə etmək üçün əsas yoxdur. Yepiskop əlavə edib ki, seyflər patriarxın iştirakı ilə möhürlənib və bu prosesdə Sinod üzvləri də iştirak ediblər. Bununla yanaşı, Georgi Camdeliani metropolit Nikolazın patriarxın ilk iclasda müqəddəs elan olunması ilə bağlı fikirlərinə də münasibət bildirib. O vurğulayıb ki, bu cür məsələlərə daha ciddi və qaydalara uyğun yanaşmaq lazımdır. Yepiskopun fikrincə, patriarx möminlərin qəlbində artıq müqəddəs şəxs kimi qəbul olunur, lakin rəsmi qərarlar müəyyən prosedurlara uyğun şəkildə və zamanında qəbul edilməlidir. İradə SARIYEVA
Избранный
98
baki-xeber.com

1Источники