RU

“Sumqayıt” U-11 komandası turnirə uğurlu başladı

“Sumqayıt” Futbol Klubunun U-11 komandası “Lions Cup: Dordoi Trophy 2” turnirində mübarizəyə start verib.

İdman.Biz xəbər verir ki, bu barədə Sumqayıt Futbol Akademiyası məlumat yayıb.

Komandanın ilk oyunu Qırğızıstanın “Dostuk” Futbol Akademiyası ilə baş tutub və qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Sumqayıt” U-11 komandası növbəti oyunlarda da uğurlu çıxışını davam etdirməyə çalışacaq.

İdman.Biz
Избранный
35
1
idman.biz

2Источники