RU

Tramp macarlara çağırış etdi: “Seçkidə Orbana səs verin!”

ABŞ prezidenti Donald Tramp Macarıstanda keçirilən parlament seçkilərindən əvvəl Viktor Orbanı açıq şəkildə dəstəkləyərəkŞ onu "dost, döyüşçü və qalib" adlandırıb.

Tramp macar seçicilərə müraciət edərək onları qarşıdan gələn səsvermədə hazırkı baş naziri dəstəkləməyə çağırıb. O, həmçinin Orbana tam dəstəyini vəd edib.

Ölkədə parlament seçkiləri aprelin 12-nə təyin edilib. Müşahidəçilər qeyd edirlər ki, 16 ildən sonra ilk dəfə olaraq Orbanın partiyası rəy sorğularında əhəmiyyətli dərəcədə geridə qalır.

“Politico” nəşrinin yazdığına görə, keçirilən neytral sorğularda respondentlərin təxminən 39%-i hazırda hakim “Fides” partiyasını, 48%-i isə Peter Magyarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyasını dəstəkləməyə hazırdır.

Musavat.com

Избранный
44
musavat.com

1Источники