RU

Aİ-yə iqtisadi inteqrasiya üçün tələb olunan islahatlar ona üzvlük qədər çətindir - Marta Kos

Hansısa ölkənin Şengen zonasına daxil olması və ya Avropa İttifaqına (Aİ) iqtisadi inteqrasiya üçün tələb olunan islahatlar ona üzvlük qədər çətindir.

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Serbiya Prezidenti Aleksandar Vuçiç və Albaniya Baş naziri Edi Ramanın birgə məqalələrində yer alan fikirlərə münasibət bildirərkən deyib.

"Mən hər iki ölkə liderinin Şengen zonasına və ya Aİ-nin vahid bazarına daxil olmaq üçün nə qədər nailiyyət əldə etməli olduqlarını bilib-bilmədiklərinə əmin deyiləm. Aİ-yə iqtisadi inteqrasiya üçün tələb olunan islahatlar ona üzvlük qədər çətindir", - avrokomissar bildirib.

Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç və Albaniya Baş naziri Edi Rama birgə məqalələrində ölkələrinin Aİ-nin vahid bazarına və Şengen zonasına inteqrasiya etməsini istədiklərini bildirib. Onlar Aİ ilə daha sıx inteqrasiyanın əldə olunmasının ləng tempindən şikayətləniblər və bunu "daxili islahatlar, geosiyasi gərginliklər və institusional məhdudiyyətlər"lə izah ediblər.

Избранный
11
1
ikisahil.az

2Источники