Ajans.az"Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.