RU

İrandan ŞOK AÇIQLAMA: “Bütün ABŞ bazaları məhv edilib”

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığı ilə bağlı olduqca iddialı və sərt bəyanatla çıxış edib.

Zülfüqari bildirib ki, regiondakı bütün Amerika hərbi bazaları darmadağın edildiyi üçün sağ qalan komandir və əsgərlər qaçaraq bazalardan kənardakı gizli sığınacaqlarda gizlənirlər.

NOCOMMENT.az xəbər verir ki, iranlı rəsmi çıxışında ABŞ hərbçilərinin fəal şəkildə axtarıldığını vurğulayıb:

“Regiondakı bütün Amerika bazaları məhv edildiyi üçün ABŞ komandirləri və əsgərləri qaçıblar və bazalardan kənarda, gizli yerlərdə daldalanırlar. Biz hazırda onları axtarıb tapmaqla məşğuluq”.

Sözçü həmçinin region ölkələrinin xalqlarına müraciət edərək, Amerika hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə və öz təhlükəsizlikləri naminə onların regiondan tamamilə çıxarılmasını tələb etməyə çağırıb.

Qeyd edək ki, bu bəyanat son günlər bölgədə ABŞ və İran arasında hərbi gərginliyin ən pik həddə çatdığı bir vaxtda verilib.

Aliyə

Избранный
69
nocomment.az

1Источники