RU

Tovuzda 5 otaqlı ev yandı - FOTOLAR

Tovuzda ikimərtəbəli ev yanıb.

"Unikal"ın məlumatına görə, rayon sakininə məxsus ikimərtəbəli 5 otaqlı 180  kv metr fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınarı və canlı qüvvəsi cəlb edilib.

Alovun qarşısı qısa müddətdə alınıb, evin 65  kv metrin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
36
unikal.az

1Источники