RU

Gəncədə ağır qəza - dörd nəfər yaralanıb

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.

İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Избранный
38
8
olke.az

10Источники