RU

Fransada təxminən 770 min tələbənin şəxsi məlumatları sızdırılıb

Fransada təxminən 770 min tələbənin şəxsi məlumatları sızdırılıb

Fransada Məktəb və Universitet İşləri üzrə Milli Mərkəzin (Cnous) kiberhücuma məruz qalması nəticəsində təxminən 770 min tələbənin şəxsi məlumatları ələ keçirilib.

AFN.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Fransa Təhsil Nazirliyinə bağlı təxminən 243 min nəfərin məlumatlarının qanunsuz şəkildə əldə edildiyi hadisədən sonra, dövlət qurumu Cnous kiberhücumun hədəfi olub.

Təxminən 770 min tələbənin məlumatlarına qanunsuz girişin təmin edildiyi bu kiberhücumla bağlı genişmiqyaslı araşdırma başladılıb. Cnous-dan verilən açıqlamada hücumun mənbəyi barədə məlumat verilməsə də, analoji halların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunub.

Xatırladaq ki, Fransa Təhsil Nazirliyi martın 19-da quruma bağlı 243 min işçinin şəxsi məlumatlarını əhatə edən ciddi təhlükəsizlik problemi ilə qarşılaşmışdı. Təhsil fəaliyyətlərinin idarə olunması üçün xidmət göstərən qurumlar ard-arda haker hücumlarına məruz qalmaqda davam edir.

Избранный
27
afn.az

1Источники