RU

İran Hörmüz boğazını “dost ölkələrə” açdı – Araqçidən sensasion açıqlama

İranın xarici işlər naziri Abbas Araqçi Hörmüz boğazı ilə bağlı diqqətçəkən bəyanat verib.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, müharibədə İrana qarşı çıxmayan ölkələr bu strateji su yolundan keçmək üçün rəsmi razılıq əldə edə bilərlər.

Araqçi bildirib ki, son günlər ərzində Çin, Pakistan, İraq, Rusiya və Hindistan kimi ölkələrə məxsus gəmilər Hörmüz boğazı vasitəsilə keçid edib.

Nazir vurğulayıb ki, bu imkan yalnız “İrana qarşı müharibədə iştirak etməyən və dost münasibətlər saxlayan dövlətlər” üçün keçərlidir. Bu isə faktiki olaraq Tehranın boğaz üzərində selektiv nəzarət mexanizmi tətbiq etdiyini göstərir.

 

Musavat.com

Избранный
47
musavat.com

1Источники