RU

KİV: ABŞ neftin qiymətinin 200 dollara yüksəlməsi ssenarisini qiymətləndirir

BAKI, 26 mart. TELEQRAF

ABŞ administrasiyası neftin qiymətinin 200 dollara qədər yüksəlməsi ehtimalının iqtisadiyyata təsirini araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, enerji daşıyıcılarının qiymətində kəskin artım ssenarisinin modelləşdirilməsi gərginlik dövrlərində standart prosedur hesab olunur və bu, birbaşa proqnoz anlamına gəlmir.

Məlumata görə, bu cür təhlillər ABŞ hakimiyyətinin mümkün bütün inkişaf variantlarına, o cümlədən uzunmüddətli münaqişə ssenarisinə hazır olmasını təmin etməyə yönəlib.

Agentlik bildirir ki, ABŞ maliyyə naziri Scott Bessent daha əvvəl münaqişənin neft qiymətlərinin artmasına və ölkənin iqtisadi artımına mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edib.

Qeyd edək ki, hazırda Brent markalı neftin may fyuçerslərinin qiyməti təxminən 100 dollar səviyyəsindədir. Tarixi maksimum isə 2008-ci ilin iyulunda qeydə alınıb və həmin vaxt qiymət 147 dollara çatıb.

Избранный
66
teleqraf.com

1Источники