RU

İran Xarq adasında müdafiəni gücləndirir

Bakı. Trend:

İran ABŞ-nin mümkün quru hücumundan qorunmaq üçün Xarq adasındamüdafiəsini gücləndirir.

Trend-in məlumatına görə, bu barədə CNN mənbələrə istinadənməlumat yayıb.

Qeyd olunub ki, son həftələrdə İran, ABŞ-nin ada üzərindənəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına hazırlıq məqsədiləXarq adasına piyada və tank əleyhinə minalar da daxil olmaqla,tələlər qurur və əlavə hərbi personal, hava hücumundan müdafiəvasitələri və yer-hava raket sistemləri yerləşdirir.

Vurğulanıb ki, Vaşinqton administrasiyası, İranın xam neftixracının təxminən 90%-nin keçdiyi iqtisadi həyat xətti olanKörfəzin şimal-şərqindəki bir adanı ələ keçirməyi, iranlılaraHörmüz boğazından gəmiçilik fəaliyyətlərini bərpa etmək üçün təzyiqgöstərmək üçün bir vasitə kimi nəzərdən keçirib.

Избранный
77
8
az.trend.az

9Источники