RU

Antalyada Azərbaycan parataekvondoçuları 4 medal qazanıblar

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrəTürkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycan idmançıları 4 bürüncmedal qazanıblar.

Trend-inməlumatına görə, İmaməddin Xəlilov (K44, 70 kq) 1/8 finalda İvanOvçarovu (Rusiya), 1/4 finalda Mehmet Ünala (Türkiyə) qalib gələrəkyarımfinala yüksəlib və yarışı bürünc medalla başa vurub. SabirZeynalov (K44, 58 kq) Timur Baitimirov (Rusiya) və Fayoz Valijonovu(Özbəkistan) məğlub edərək bürünc medal əldə edib.

Amin Əliyev (K44, 63 kq) 1/8 finalda Paris-2024-ün bürüncmükafatçısı Ayub Aduişi (Mərakeş), 1/4 finalda isə Mehmet Dönməzi(Türkiyə) üstələyərək bürünc medal qazanıb. Səmayə Həsənova (K44,47 kq) isə Medine Cin və Gül Ekincini (Türkiyə) məğlub edərəkturniri üçüncü yerdə tamamlayıb.

Bütün idmançılar yarımfinala qədər irəliləyərək Los-Anceles-2028Yay Paralimpiya Oyunlarına reytinq xalları qazanıblar.

Избранный
39
az.trend.az

1Источники