RU

Real ın həkimlərindən növbəti biabırçı səhv

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"L'Equipe" "Real"da növbəti tibbi səhvlə bağlı şok məlumat dərc edib. Sport24.az Fransa nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Eduardo Kamavinqanın zədəsinin diaqnozu zamanı açıq-aşkar səhvə çevrilib.

Mənbənin sözlərinə görə, dekabrın 3-də Kamavinqa sol topuğundan zədə alıb. Lakin "Kral klubu"nun tibbi personalı fransız futbolçunun sağ ayağında MRT müayinəsi aparıb və onun tamamilə sağlam olduğu qənaətinə gəlib.

Bu səhv nəticəyə əsasən məşqçilər heyəti Kamavinqanı dekabrın 7-də "Selta" ilə oyun üçün heyətə daxil edib. Yarımmüdafiəçi matçda oynadıqdan sonra problemin əsl miqyası üzə çıxıb - sol ayağındakı ağrı azalmayıb və vəziyyəti pisləşib. Növbəti müayinə nəticəsində ciddi zədə aşkarlanıb və Kamavinqa bir neçə həftə meydandan kənarda qalıb.

Qeyd edək ki, bir müddət əvvəl "The Athletic" "Real"ın hücumçusu Kilian Mbappe ilə də bağlı oxşar vəziyyət barədə məlumat vermişdi. Onun müayiənəsi zamanı klubun həkimlərinin yanlış diaqnoz qoyduqları vurğulanmışdı. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
sport24.az

1Источники