RU

ABŞ neftin 200 dollarlıq qiymətinə hazırlaşır

ABŞ administrasiyası neft qiymətlərinin bir barel üçün 200 dollara qədər yüksəlməsi perspektivinin ABŞ iqtisadiyyatına təsirini öyrənir.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.

Agentliyin məlumatına görə, enerji qiymətlərində kəskin artım ssenarisini modelləşdirmək gərginliyin artdığı dövrlərdə standart prosedurdur və proqnoz deyil. Belə təhlil ABŞ hakimiyyət orqanlarının uzunmüddətli münaqişə də daxil olmaqla bütün mümkün ssenarilərə hazır olmasını təmin etmək məqsədi daşıyır.

Agentliyin qeyd etdiyinə görə, İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl belə, ABŞ Maliyyə naziri Skott Bessent münaqişənin neft qiymətlərinin yüksəlməsinə və ABŞ-ın iqtisadi artımına zərər verəcəyindən narahatlığını bildirib. Bessentin müşavirləri bu narahatlıqları Ağ Evə çatdırıblar.

Hazırda Brent neftinin 2026-cı ilin may ayında çatdırılma fyuçerslərinin qiyməti 100 dollar ətrafında dəyişir.

Musavat.com 

 

Избранный
21
3
musavat.com

10Источники