RU

Sadə tatu deyillər: Ancelina Colinin bədənindəki döymələrin gizli mənası

Sak yant döymələri adi döymələrdən fərqli olaraq metal iynələrlə, mantra və duaların müşayiətilə tətbiq edilir və hər biri dərin məna daşıyır. Mütəxəssislərin fikrincə, aktrisanın bel və çiyin nahiyəsində yerləşən bu döymələr qorunma, uğur, güc və mənəvi inkişafı simvolizə edir. Onların arasında “Hah Taew” (beş sətir), “Kraw Petch” (brilyant zireh), pələng təsviri və beş Buddanı əks etdirən motivlər yer alır:

Hah Taew (beş sətir) – sol çiyində yerləşir. Qədim dualardan ibarət beş misradan ibarətdir. Qorunma, neqativdən təmizlənmə, uğur və cazibəni simvolizə edir.


Kraw Petch (brilyant zireh)– sağ çiynindədir. Şəbəkə formasında olub Buddanın fəzilətlərini ifadə edir və sahibini təhlükələrdən qoruyan “zireh” kimi qəbul edilir.

Böyük pələng (Bengal Tiger) – belinin aşağı hissəsində yerləşir. Güc, hakimiyyət və arxadan vurulan zərbələrdən qorunmanı simvolizə edir.

Yant Phutson (beş Budda)– belinin yuxarı mərkəzindədir. Mərhəmət, sevgi, uğur və cazibə gətirdiyinə inanılır.



Xüsusi dizayn (Yant ViHan Pha Chad Sada)– belinin ortasında yerləşir və xüsusi olaraq aktrisa üçün hazırlanıb. Bu kompozisiya onun mənəvi yolunu, kainatın elementlərini və ruhun canlanmasını simvolizə edir.

Qeyd edək ki, sak yant ənənəsi Cənub-Şərqi Asiyada geniş yayılıb və dini-mistik məzmunu ilə seçilir.

Röya Əliyeva
AzVision.az
Избранный
70
1
azvision.az

2Источники