RU

"Tramp Pekinə qalib kimi gedir" – Müharibənin son tarixi bəlli oldu

ABŞ-ın nüfuzlu "Wall Street Journal" (WSJ) nəşri Ağ Evdəki yüksək rütbəli mənbələrə istinadən şok məlumat yayıb ki, Prezident Donald Tramp may ayının ortalarında Pekində Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır və Vaşinqton İrandakı hərbi əməliyyatların məhz bu görüşə qədər tamamilə başa çatacağını gözləyir.

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt "Epik Qəzəb" (Epic Fury) əməliyyatının ilkin olaraq 4-6 həftəlik bir müddət üçün nəzərdə tutulduğunu və hazırda ABŞ ordusunun bu qrafiki qabaqladığını təsdiqləyib.

Məlumata görə, Tramp administrasiyası mayın 14-15-nə təyin edilən tarixi Pekin sammitinə qədər İran məsələsini hərbi və ya diplomatik yolla birdəfəlik həll etmək niyyətindədir.

WSJ vurğulayır ki, Trampın prioriteti müharibəni "qalib lider" statusunda yekunlaşdırıb, diqqətini növbəti qlobal çağırışlara, xüsusən də Çinlə ticarət və təhlükəsizlik məsələlərinə yönəltməkdir. Bu strateji hədəf çərçivəsində Vaşinqton mayın ortalarına qədər Hörmüz boğazının tamamilə açılmasını və qlobal enerji bazarlarının sabitləşməsini təmin etməyi planlaşdırır.

Qeyd olunur ki, Trampın Si Cinpinlə görüşünün vaxtı əslində İrana verilmiş dolayı bir ultimatümdür; yəni Tehran aprelin sonuna qədər təklif olunan sülh planını qəbul etməsə, ABŞ hərbi təzyiqi may ayına qədər daha da sərtləşdirərək rejimi tamamilə çökdürməyə çalışacaq. Pentaqonun hərbi əməliyyatların "yekunlaşma mərhələsində" olduğunu bildirməsi may ayı proqnozlarını daha real edir və dünya birliyi indi bu tarixin Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı olub-olmayacağını yaxından izləyir.

Musavat.com

Избранный
59
50
musavat.com

10Источники