RU

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi yaddaşını itirdi 

“Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Bemjamin Toşaka demensiya diaqnozu qoyulub. 


Manset.az xəbər verir ki, bu barədə BBC-yə onun oğlu Kameron Toşak məlumat verib.

Onun sözlərinə görə, atası bugünkü hadisələri xatırlamaqda çətinlik çəkir, lakin özünün futbolla bağlı  keçmişini xatırlamaqdan zövq alır: “Bu, dəhşətli xəstəlikdir, onun qısamüddətli yaddaşına təsir edir. Mən onunla demək olar ki, hər gün danışıram. Əgər nahardan sonra danışsaq, səhər danışdığımızı xatırlamaya bilər”. 

Qeyd edək ki, “Liverpul”da və Uels millisinin heyətində iştirak etmiş C.Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda fəaliyyət göstərib. 2013-cü ildə isə Azərbaycanın “Xəzər Lənkəran” klubunu çalışdırıb.

Избранный
34
7
manset.az

10Источники