RU

Şok iddia: Rusiya İrana PUA ötürür

ABŞ və İsrailin İrana qarşı əməliyyatları davam etdiyi bir vaxtda, Böyük Britaniyada fəaliyyət göstərən “Financial Times” qəzeti diqqətçəkən iddia ilə çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, Qərb kəşfiyyat mənbələrinə istinadən yayılan xəbərə əsasən, Rusiyanın bu ay etibarilə İrana PUA tədarükünə başladığı qeyd olunur.

Bildirilir ki, PUA-larla yanaşı, ərzaq və tibbi ləvazimatları da əhatə edən bu tədarük mərhələli şəkildə həyata keçirilir və ayın sonuna qədər tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Moskva daha əvvəl də Tehrana kəşfiyyat dəstəyi və peyk görüntüləri təqdim edib. Lakin silah tədarükünün 28 fevralda başlayan münaqişədən bu yana ilk dəfə həyata keçirildiyi vurğulanır.

Xəbərdə iddia edilir ki, Moskvadan Tehrana göndərilən bu son göndəriş İranın hərbi imkanlarını gücləndirmək və rejimi sabitləşdirmək məqsədi daşıyır.

Vurğulanır ki, İsrailin son dövrlərdə Xəzər dənizi bölgəsində İran hədəflərinə endirdiyi zərbələrin məqsədi də Rusiya ilə İran arasında həyata keçirilən bu hərbi və logistik daşımaları pozmaqdır.

Rusiya rəsmiləri isə sözügedən iddiaları təkzib edib. Kremldən bildirilib ki, “hazırda mediada çoxlu əsassız xəbərlər dolaşır. Yeganə həqiqət ondan ibarətdir ki, biz İran rəhbərliyi ilə dialoqu davam etdiririk".

Избранный
9
1
cebheinfo.az

2Источники