RU

İranda diqqətçəkən DƏYİŞİKLİK - Pezeşkiandan mühüm qərar 

Məhəmməd Baqer Zülqədr İran Prezidenti Məsud Pezeşkianın imzaladığı fərmanla Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.


Manset.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai məlumat yayıb.

"Ali Rəhbərin təsdiqindən sonra Prezidentin fərmanı ilə Məhəmməd Baqer Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib", -deyə o qeyd edib.

Məlumata əsasən, Zülqədr bundan əvvəl SEPAH-da komandir kimi fəaliyyət göstərib. O, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahında "Bəsic" üzrə müavin vəzifəsini tutub, 2012-2020-ci illər ərzində isə məhkəmə sistemində müxtəlif postlarda çalışıb.

Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki katibi Əli Laricani martın 17-də İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Избранный
39
5
manset.az

6Источники