RU

Hər 4 saatdan bir qidalanmaq niyə vacibdir?

Gün ərzində neçə dəfə qidalanmaq lazım olduğu tez-tez müzakirə olunan mövzulardandır. Bəzi hallarda 3 əsas yemək kifayət edir, lakin bir çox insan üçün hər 4 saatdan bir qidalanmaq daha faydalı hesab olunur. 
 
Moderator.az Foodinfo.az-a istinadla xəbər verir ki, bu yanaşma həm maddələr mübadiləsini, həm də həzm sistemini dəstəkləyir.
 
Mütəxəssislərin fikrincə, hissə-hissə qidalanma mədə-bağırsaq sisteminin işini stabilləşdirir və uzun müddət ac qalmağın qarşısını alır. Bu, xüsusilə qastrit və artıq çəki problemi olan insanlar üçün əhəmiyyətlidir. Lakin bəzi hallarda çox tez-tez yemək insulinə həssaslığın azalmasına səbəb ola bilər, buna görə də ideal rejim fərdi şəkildə seçilməlidir.
 
Ara yeməklər zamanı ən böyük səhv sadə karbohidratlara üstünlük verməkdir. Şirniyyatlar və un məmulatları qısa müddətli enerji versə də, tezliklə yenidən aclıq yaradır. Bunun əvəzinə zülal və liflə zəngin qidalar daha məqsədəuyğundur.
 
Məsələn, tərəvəz salatı və bişmiş ət, az yağlı yoqurt və ya pendir, qoz-fındıq, quru meyvələr və şəkərsiz meyvələr yaxşı seçimdir. Bu cür qidalar həm toxluq hissini uzadır, həm də gün ərzində enerjinin stabil qalmasına kömək edir. Balanslı və planlı qidalanma isə sağlam həyat tərzinin əsasını təşkil edir.
Избранный
46
50
moderator.az

10Источники