RU

ABŞ İranda 10 mindən çox hədəfi vurub

ABŞ İranda 10 mindən çox strateji obyekti məhv edib. 

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ hazırkı hərbi əməliyyatlar fonunda İranın hərbi infrastrukturunun tam yarısını sıradan çıxarıb. 

ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper öz sosial şəbəkə hesabında bildirib ki, ABŞ davam edən əməliyyatın bir hissəsi olaraq İran daxilində 10 mindən çox hədəfə, o cümlədən onlarla dəniz gəmisinə və raket qurğusuna zərbə endirib.

"ABŞ qüvvələri 10 mindən çox hərbi hədəfə zərbə endirib. Əslində, biz bir neçə saat əvvəl İranın 10.000-ci hədəfinə zərbə endirdik", - deyə Kuper “X” sosial hesabında paylaşdığı videoda bildirib. 

Kuper, həmçinin qeyd edib ki, ABŞ İran Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmilərinin 92%-ni məhv edib.

"İran donanması artıq regionda dəniz gücünü və təsirini nümayiş etdirmək qabiliyyətini itirib", - deyə Kuper əlavə edib.

Kuper onu da diqqətə çatdırıb ki, ABŞ, həmçinin İranın dəniz pilotsuz təyyarələri və raket imkanlarını "əhəmiyyətli dərəcədə" zəiflədib.  

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin hücumları ilə başlayan müharibə davam etməkdədir. Müharibə nəticəsində İranın mərhum Ali Lideri Əli Xameneyi daxil olmaqla 13-dən çox insan həlak olub.

İran da öz növbəsində İsrailin şəhərlərinə və Körfəz ölkələrindəki ABŞ hərbi bazarlarına raket zərbərləri endirib. Əməliyyat başlayandan bəri 13 ABŞ hərbçisi həlak olub, təxminən 290 nəfər yaralanıb.

Избранный
41
50
cebheinfo.az

10Источники