RU

Azərbaycan millisinin oyunu gürcülərə tapşırıldı

Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığmasına qarşı keçirəcəyi oyunun hakim təyinatları bəllidir.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də, saat 19:00-da start götürəcək.

Избранный
11
15
fanat.az

10Источники