RU

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov: Gələcəkdə hərbi xidmətə çağırış yaşı 18 yox, daha yuxarı ola bilər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Orta məktəbi bitirən şagirdlərin bəzən ali məktəblərə üz tutmasının süni şəkildə sayının çoxluğu, 18 yaşını tamam edən kimi hərbi xidmətə çağırışla əlaqələndirilir. Bu, müəyyən bir şəkildə nəzərdən keçirilir. Türkiyədə olan təcrübədən də biz faydalanmalıyıq. Bu proses diqqətlə qiymətləndirilir. Bizim şagirdlər ali məktəblərə məhz əsgərlik illərini bir az qabağa çəkmək üçün addım atırlar. Dörd il bakalavr, iki il magistr oxuyaraq hərbi xidmətin müddətini azaltmaqla yanaşı, bir qədər irəli çəkirlər. Bununla da 18 yaşında yox, artıq 23-24 yaşda hərbi xidmətə başlayırlar. Bu da gəncin kişi kimi xüsusiyyətlərinin formalaşması, böyüməsi və psixoloji cəhətdən hərbi xidmətdə olan təsirlərə dayanıqlı olması deməkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Ekspert hesab edir ki, gələcəkdə hərbi xidmətə çağırış yaşı 18 yox, daha yuxarı ola bilər.

Şair Ramaldanov

“Artıq Azərbaycan ordusu professionallaşmağa doğru gedir və mənə elə gəlir ki, biz bu məsələyə də yeni yanaşma tətbiq edə bilərik. Hərbi xidmətə çağırış yaşını bir az yüksəldə bilərik” – deyə hərbi ekspert qeyd edib.

Hərbi xidmətə çağırış yaşının yüksəldilməsi nə vəd edir?

Şair Ramaldanov bildirib ki, belə olduğu halda gənclər kütləvi şəkildə ali məktəblərə üz tutmayacaqlar və onlar daha çox peşə məktəblərində və ya texniki kolleclərdə müəyyən bir peşəyə yiyələnəcəklər, həmçinin psixoloji cəhətdən də formalaşmış olacaqlar.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
bizimyol.info

1Источники