ain.az bildirir, Fanat portalına istinadən.
Cari mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağı dəqiqləşən Kazemiro karyerasını Avropanın aparıcı çempionatlarında birində davam etdirə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı braziliyalı indilik jaryerası ilə bağlı qərarını qətiləşdirməyib.
Onu heyətinə qatmaq uğrunda hazırda mübarizə aparan klubların adlarına gəlincə, bunlar MLS liqasından "İnter Mayami" və "Los-Anceles Qelaksi", Səudiyyə Ərəbistanından isə "Əl-İttihad"dır.
Kazemiro 2022-ci ilin yayından MY-nin uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan orta xətt oyunçusu 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.