RU

Ədəbiyyat hara, Namiq Məna hara? Orxan Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanda bir neçə meyxanaçı var ki, onlar toylarda yığılan şabaşlardan doymayaraq Azərbaycan Yazıçılar Birliyinə üzv də olublar, təqaüd də alıblar.

Ancaq bundan da təhlükəli bir şey Namiq Məna adlı meyxanaçının Yazıçılar Birliyində funksional mövqeyə gəlməsidir.

Bilməyənlər üçün deyim ki, xüsusi bir məna kəsb etməsə də, Namiq Məna AYB-nin Qubadlı bölməsinin sədridir.

Ancaq maraqlıdır, Namiq Məna nə bilir ki, ədəbiyyat nədir?

Ümumiyyətlə, o, əlinə nə vaxt kitab alıb?

Məsələn, heç Namiq Məna bu dünyada üst-üstə 10 roman oxuyubmu? Başqaları bir qırağa, Namiq Məna heç sədri Anarın əsərlərindən xəbəri varmı?

Namiq Mənanı kimsə ədəbiyyatdan danışan görübmü?

Mikrofon əlindən düşməyən və biri-birindən mənasız nələrsə oxuyan adamın ədəbiyyatda nə işi var? Məgər ədəbiyyat manıslıq yeridir?

O da maraqlıdır, ədəbiyyatı bilməyən bir adamın Yazıçılar Birliyində, sədr postunda nə işi var? Ümumiyyətlə, o, necə, hansı əlaqələrə görə meyxana deməyərək bura gəlib?

Məlum, Namiq Məna uzun illərdir ki, meyxana meydanlarında yoxdur. Meyxanadan pensiyaya çıxan kimi başını qatmağa görə də AYB-yə gəlib. Ancaq nə meyxanadakı boşluğu hiss olunub, nə də ədəbiyyatda bir yeri doldura bilib.

Uzun illər meyxana deməsə də, bu gün gənc meyxana deyənlər tərəfindən xatırlanan bir neçə meyxanaçı var. Ancaq xoşbəxtlikdən Namiq Məna həmin adamların arasında yoxdur. Bu isə onun meyxanadan getməyinin nə qədər düzgün addım olduğunu göstərir.

Açıq-aydın görsənir ki, Namiq Məna meyxanaçı kimi də ciddi meyxanaçı olmayıb. Olsaydı, bu gün heç olmasa, bir-iki meyxanası, bəndi dillər əzbəri olardı, kimlərsə ustad deyib efirdən salam filan göndərərdi.

Fəqət meyxanaçı kimi görünməyən Namiq Məna ədəbiyyatda da görünməzliyini qoruyub saxlayır.

Buna baxmayaraq, Namiq Mənanın ətrafında cavan-cavan uşaqlar da var. Onlar ara-sıra Namiq Məna ilə şəkil paylaşır, “Dəyərli Namiq müəllim, gözəl şair” kimi sözlər deyirlər. Ancaq elmə və ədəbiyyata məlum deyil ki, Namiq Məna nə vaxt şair oldu? Hansı şeiri ilə? Kim onun bir şeirini filan bilir?

Nə meyxanada, nə ədəbiyyatda təxəllüsünün haqqını verməyən Namiq Məna tez-tez restorandan canlı yayım açıb oxuyur da. Özünə desən, deyər ki, universal adamam, həm yazıram, həm oxuyuram. Hələ boş vaxtlarımda filmə də çəkilirəm, aktyoram. Ancaq bu da bir həqiqətdir ki, Namiq Mənanın mahiyyəti elə pis-pis oxumaqdır. Ən azından meyxana deməyə davam etsə, bir-birindən mənasız ifalar səsləndirsə, yenə dərd yarı idi. Ancaq həm sədr ol, ədəbiyyatçı adı ilə fırlan, həm manıslıqdan geri qalma: açığı, bu, bir qədər yaxşı görünmür.

Odur ki, sonda yenə bir vaxtlar “Qız hara şalvar hara” deyən Namiq Mənaya demək lazımdır ki, ədəbiyyat hara, Namiq Məna hara?

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
icma.az

1Источники