RU

“Bloomberg”: Almaniya ABŞ yə qarşı iqtisadi müharibəyə hazırlaşır

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya kansleri Fridrix Mersin rəhbərlik etdiyi Berlin hökuməti transatlantik münasibətlərdə yeni mərhələyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Agentliyin məlumatına görə, alman rəsmiləri ABŞ-nin bir çox kritik sahədə Avropadan asılı olduğunu bəyan ediblər. Hazırda hökumət bu vəziyyəti diplomatik və iqtisadi rıçaq kimi dəyərləndirməyin yollarını araşdırır.

Rəsmilər tərəfindən hazırlanan təhlildə ABŞ iqtisadiyyatının Avropadan asılılığı dörd əsas sahə üzrə qruplaşdırılıb: rəqəmsal bazar və texnologiya nəhəngləri, süni intellekt və məlumat mərkəzləri, çip və litoqrafiya istehsalı, həmçinin əczaçılıq və səhiyyə sektoru.

Sənədə əsasən, 450 milyonluq Avropa İttifaqı bazarı ABŞ-nin texnologiya şirkətləri üçün mühüm əhəmiyyət daşıyır. “Google”, “Amazon” və “Meta” kimi şirkətlərə qarşı vergi və məhdudiyyətləri məsələsi gündəmdə saxlanılır. Eyni zamanda ABŞ-nin süni intellekt sahəsindəki inkişafının Avropada istehsal olunan sənaye komponentlərindən asılı olduğu, çip istehsalında isə Hollandiya və Almaniya şirkətlərinin kritik rol oynadığı vurğulanır.

Bundan əlavə, ABŞ-də istifadə olunan dərmanların və insulinin böyük hissəsinin Avropadan tədarük edildiyi qeyd olunur ki, bu da Vaşinqtona qarşı potensial iqtisadi təzyiq aləti kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
sherg.az

2Источники