RU

Beynəlxalq səyyahlar Xankəndi şəhərinə gəliblər (FOTO)

Xankəndi. Trend:

"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərliketdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfərçərçivəsində Xankəndi şəhərinə gəliblər.

Trend-inQarabağ bürosunun xəbərinə görə, səyyahlara şəhərlə bağlı ətraflıməlumat verilib.

Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı iləbeynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəribaşlayıb.

Qonaqlar səfərə Ağdam rayonunun işğaldan azad edilmişərazilərindən daxil olublar. Səfər çərçivəsində bu gün Ağdam vəŞuşa şəhərlərinə baş çəkilməsi planlaşdırılır. Sabah isə heyətLaçın şəhərində olacaq, daha sonra Zəngilan və Füzuli rayonlarınasəfər edəcək.

Heyət 37 ölkədən olan 79 nəfərdən ibarətdir. Bu, indiyədəkQarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərarasında say baxımından ən böyük qrup hesab olunur.

NomadMania Yer kürəsini 1301 bölgəyə bölərək xüsusi reytinqsistemi müəyyən edib. Klubun rəhbəri Harry Mitsidis bu bölgələrinhamısında səfərdə olmaqla hazırda dünya üzrə birinci yerdəqərarlaşıb. Qeyd edək ki, “NomadMania” illik toplantısını da ilkdəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism”çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı quruculuqvə bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyətdaşıyır.

Ümumilikdə, dünyanın aparıcı səyyah klubları vasitəsilə2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura 15 dəfəbeynəlxalq səfərlər təşkil olunub. Hazırkı səfər isə sayca16-cıdır.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Məqalədə:
Избранный
22
9
az.trend.az

10Источники