RU

Kadırovun oğlu Rusiyanın ən gənc mayoru oldu

Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Rusiyanın ən gənc mayorudur.

Publika.az xəbər verir ki, “Belarusskiy silovik” kanalının jurnalistləri Çeçenistan Təhlükəsizlik Şurasının katibi və atasının təhlükəsizlik xidmətinin rəhbərini belə təsvir ediblər.

Bu gün, 26 martda məlum olub ki, Adam Kadırov Çeçenistan təhlükəsizlik qüvvələrinin iclasında mayor ulduzuna bənzər nişan taxaraq iştirak edib.

"Mayor rütbəsində olan on səkkiz yaşlı Adam Kadırov Çeçenistan təhlükəsizlik qüvvələrinin komandirləri ilə görüşdə çıxış edib. O, Rusiyanın ən gənc mayorudur", - Kanalın hesabatında deyilir.

Избранный
34
publika.az

1Источники