RU

Nura Suri: “Pul yığmaq üçün ad günü keçirmək olar?!”

“10 ildir ad günü keçirmirəm və heç kimi də dəvət etmirəm. Çağırıldığım ad günlərinə getməsəm də, hədiyyələrini göndərmişəm. Getdiklərimə də heyfim gəlib. Əvvəllər ad günü edirdim, hamı da gəlirdi…”

 

Pravda.az xəbər verir ki, bu sözləri mügənni Nura Suri "Çərçivədən kənar" verilişində deyib.

 

O, hər il ad günü keçirənləri lotereya oynayanlara bənzədib: “Hərənin bir uğurlu olma mərhələsi var. Baxırlar ki, ailəliyəm, ərim milyonçudur, yaxınlıq edirdilər. Mənə o yaxınlıq lazım deyil. Mənim şəxsiyyətimə görə məni qəbul edib dostluq edirsənsə, tədbirimə gəlirsənsə, bu başqa... Guya hansısa məşhur müğənninin ad gününə gedənlərin hamısı onu sevib gedir? Yəni “mən də sayılmışam, çağırılmışam və burada varam”. Ad günümə niyə min adam gəlməlidir? 5–10 nəfər məni sevən adamlar gəlsin. Oturaq, yeyək, içək... Hədiyyə, pul - heç nə lazım deyil. Məni ad gününə çağıran insanlar var ki, getməyim, pulunu göndərim, bununla da söhbət bağlansın. Pul yığmaq üçün ad günü etmək olar?! İnsan hər il ad günü edə bilər?! Elə bil hamı bir-biri ilə lotereya oynayır. Bu nə hörmətdir?! Mənası var?”

 

Şəhanə Quliyeva

Tarix: 26 Mart 2026, 22:42   
Избранный
54
pravda.az

1Источники