RU

“Hizbullah”dan İsrailə kütləvi raket hücumu – 20 dəqiqədə 100-dən çox atəş açıldı – VİDEO

Yaxın Şərqdə gərginlik yenidən kəskinləşib.

Musavat.com xəbər verir ki, Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşması İsrail istiqamətinə qısa müddətdə intensiv raket zərbələri endirib.

Məlumata görə, cəmi 20 dəqiqə ərzində 100-dən çox raket buraxılıb. Hücumun miqyası bölgədə hava hücumundan müdafiə sistemlərinin aktivləşməsinə səbəb olub.

Hazırda raketlərin düşdüyü ərazilər və mümkün dağıntılar barədə dəqiq məlumat verilməyib. İsrail tərəfi isə hadisə ilə bağlı hələlik geniş açıqlama yaymayıb.

 

Musavat.com

Избранный
45
musavat.com

1Источники