RU

Kürdəmirdə magistral su xətti partlayıb, 6 kənd susuz qalıb

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

News365.az xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edə ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir.

Избранный
6
18
news365.az

10Источники