Zaqatalada 50 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.
Publika.az xəbər verir ki, rayonun Yuxarı Tala kənd sakini, 1976-cı il təvəllüdlü Davudov İlham sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə zərbə vurub.
Şüşənin ayağını kəsməsi nəticəsində qanaxma baş verib.
İ.Davudov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.