RU

Əməkdaşımız Rəşad Baxşəliyev vəfat etmişdir

Bu

səhər kollektivimiz üçün çox ağır bir xəbərlə açıldı. Redaksiyamızın əməkdaşı -

Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru Rəşad Füzuli oğlu

Baxşəliyevin vəfatı xəbəri bizi dərindən sarsıtdı.

Bakı

Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Rəşad  Baxşəliyev 2012-ci ildən “Azərbaycan”

qəzetində çalışırdı.

O,

44 günlük Vətən müharibəsində zabit kimi döyüşmüş, "Qubadlının azad

olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Əmək

fəaliyyətində peşəkarlığı və məsuliyyəti ilə seçilən Rəşad Baxşəliyev “Tərəqqi”

medalı ilə təltif edilmiş, “Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülmüşdü.

Həmkarımızın

əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Ailəsinə

və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah

rəhmət eləsin!

“Azərbaycan”

Избранный
34
azerbaijan-news.az

1Источники