RU

Səudiyyə Ərəbistanı iki nəhəng müqaviləni ləğv etdi FOTO VİDEO

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səudiyyə Ərəbistanı səhrada yerləşəcək və Trojena adlı xizək kurortunun tikintisi ilə bağlı ambisiyalı layihəni dayandırmaq qərarına gəlib. Bu kurort nəhəng NEOM meqalayihəsinin tərkib hissəsi idi və dünyada açıq havada səhrada qurulan ilk xizək kompleksi kimi təqdim olunurdu.

Ölkə.Az-ın "The Wall Street Journal"ına istinadən məlumatına görə, əsas müqavilələrin ləğvi layihənin yaxın illərdə reallaşmasını ciddi sual altına salıb. Belə ki, İtaliyanın "Webuild" şirkəti dağlarda süni göl yaratmaq üçün nəzərdə tutulan 5 milyard dollarlıq bəndin tikintisi üzrə razılaşmadan çıxıb. Eyni zamanda Malayziyanın "Eversendai Corporation" şirkəti də tikinti üçün polad tədarükü müqaviləsini ləğv edib. Hər iki layihə artıq aktiv icra mərhələsində idi.

Dəyəri 38 milyard dollar olan Trojena layihəsi NEOM-un ən sürətlə inkişaf edən hissələrindən biri hesab olunurdu. Səhrada xizək kurortunun tikintisi bir neçə ildir davam edirdi – artıq hotellər və xizək trasları inşa olunurdu. Lakin 2023-cü ildə layihənin xərcləri iki dəfə artdı və bu da ciddi çətinliklər yaratdı.

Bu ilin yanvarında Səudiyyə Ərəbistanı 2029-cu ildə keçirilməsi planlaşdırılan Asiya Qış Oyunlarını təxirə saldı. Mart ayında isə "Webuild" şirkətinin baş direktoru tikinti işlərinin tempinin zəiflədiyini açıqladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
olke.az

2Источники