RU

“Məhz İrandakı rejimi dəyişmək ABŞ üçün strateji hədəf olub...”

“ABŞ İraqı 23 günə işğal etdi, amma İranla müharibə bir aya yaxındır davam edir. B.Netanyahu və onun bağlı olduğu Yəhudi Lobbisi D.Trampı İranla danışıqlardan çəkindirməyə və müharibəni davam etdirməyə sövq edirlər. Hətta Epşteyn sənədləri ilə bağlı D. Tramp şantaj edilir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, ABŞ rəhbərliyi Rusiya -Ukrayna müharibəsi bitməmiş İrana qarşı hərbi müdaxilədə maraqlı deyildilər:

“Təbii ki, ABŞ 47 ildir ki, İran rejiminə qarşı mübarizə aparıb və sanksiyalar tətbiq edib. Məhz İrandakı rejimi dəyişmək ABŞ üçün strateji hədəf olub. Amma, B.Netanyahunun təhriki ilə bunu etməsi, Vaşinqtonu çətin vəziyyətlə üzləşdirib. İsrailin Baş naziri Qəzzada mülki insanları öldürəndə və şəhəri yer üzərindən siləndə beynəlxalq hüququ heçə saydı. B.Netanyahu indi beynəlxalq hüquqdan danışır. D.Tramp Beynəlxalq Ədalət Məhkəməsisinin orderi əsasındə elan edilən hərbi cinayətkarla müttəfiq olması, onu növbəti seçkilərdə partiyasının məğlub olması ilə nəticələnə bilər”.

Vasif ƏLİHÜSEYN

Избранный
5
1
adalet.az

2Источники