MEDİA tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Medianın İnkişafı Agentliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib.
Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.


