Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının Fransaya 1:2 hesabı ilə məğlub olduğu yoldaşlıq oyununun nəticəsini şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı məşqçi uğursuz nəticəyə baxmayaraq, komandasının keyfiyyətli oyun nümayiş etdirdiyini söyləyib.
"CNN Brasil" Ançelottinin fikirlərini belə təqdim edib:
"Ümumiyyətlə, komandanın oyunundan məmnunam. Sona qədər mübarizə apardıq, xarakter nümayiş etdirdik və keyfiyyətli futbol oynadıq, xüsusən də hücumda - bu vacibdir. Biz pozitiv qalırıq. Yekun hesab vacib deyil, nəyi yaxşı etdiyimizi və hələ də nəyin üzərində işləməli olduğumuzu bilmək istəyirdik".
Qeyd edək ki, hesab 32-ci dəqiqədə Kilian Mbappe ilə açıb. Fasilədən sonra ev sahibləri 65-ci dəqiqədə Uqo Ekitikunun qolu ilə üstünlüyünü artırıb. Braziliyalılar matçın sonlarına yaxın fərqi azaltmağı bacardılar: Bremer 78-ci dəqiqədə fərqlənib. Lakin "sambaçılar"ın məğlubiyyətdən qurtulmağa vaxtı çatmayıb.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.