RU

Trampdan növbəti İran açıqlaması: Aprelin 6-dək…

 ABŞ İranın enerji obyektlərinə planlaşdırılan hücumlarını 10 gün müddətinə dayandııb.
 Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb:
"İran hökumətinin xahişi ilə enerji qurğularının məhv edilməsi müddətini 6 aprel 2026-cı il, bazar ertəsi saat 20:00-a qədər 10 gün müddətinə dayandırıram. Danışıqlar davam edir və saxta xəbər mediası və digərlərinin əksini iddia etməsinə baxmayaraq, danışıqlar çox yaxşı gedir”.

Qeyd edək ki, bundan öncə Tramp martın 23-də ABŞ-ın İranın enerji obyektlərini 5 gün ərzində atəşə tutmayacağını açıqlayıb.

Tramp ABŞ-ın İranla, xüsusən də “düzgün insanlarla” danışıqlar apardığı bildirib. Trampın sözlərinə görə, İran xoşməramlı bir jest olaraq təxminən on iki neft tankerinin Hörmüz boğazından keçməsinə razılıq verib.

"Onlar dedilər: sizə ciddi və etibarlı olduğumuzu göstərmək üçün sizə səkkiz gəmi neft verəcəyik", - deyə o bildirib.

Trampın sözlərinə görə, bundan sonra 8 tanker həqiqətən də Hörmüz boğazından maneəsiz keçə bilib.

 Mürtəza

Избранный
39
50
olke.az

10Источники