RU

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günümünasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili DramTeatrının yenidən qurulmuş binasının açılışını edəcək.

Trend xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskovməlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovunsözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır.Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türkdərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandanda qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025-ci ilin dekabrayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalıyaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib.Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchizolunub.

Избранный
36
1
az.trend.az

10Источники