RU

Hərbi bazanı əyləncə parkına çevirdilər

Rumıniyanın Hunedoara bölgəsində yerləşən keçmiş hərbi baza ziyarətçilərə gecəni tank və ya zirehli personal daşıyıcısında keçirmək imkanı təqdim edən əyləncə parkına çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, II Dünya müharibəsi zamanı Rumıniyanın Orastie şəhərində Avropada ikinci ən böyük sursat fabriki olan hərbi baza yerləşib. 

Müharibədən sonra baza fəaliyyətini davam etdirib və kommunist rejiminin süqutundan sonra ərazinin Arsenal əyləncə parkı kimi qorunması qərara alınıb.

Bu gün turistlər açıq hava hərbi muzeyini, əyləncə parkını və otel kompleksini ziyarət edə bilərlər. Otaq qiymətləri gecəsi 70 dollardan başlayır.

Aynur Babazadə

Избранный
13
3
bakivaxti.az

4Источники