RU

Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasını videokonfrans vasitəsilə açıb - YENİLƏNİB

Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib.

Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanən və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq:

"Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra teatr öz əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq".

Putin çıxışında Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafından da danışıb.

Bildirib ki, Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm fundament üzərində inkişaf edir.

Bakıdakı məşhur Rus Dram Teatrının uğurla fəaliyyət göstərdiyini xatırladan Rusiya prezidenti teatra dəstək verdiyinə görə Azərbaycan prezidentinə təşəkkür edib: "Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür".

Putin Dərbəndəki Azərbaycan teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.

***

13.34

Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasını videokonfrans vasitəsilə açacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dərin köklü teatr ənənəsi, təkcə bütün rusiyalılara deyil, həm də bütün dünyada yaxşı tanınır.

Kremlin sözçüsü bu gün Rusiya Prezidentinin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışında videokonfrans vasitəsilə iştirak edəcəyini söyləyib.

Peskov bu tarixi teatrın köklərin 19-cu əsrə gedib çıxdığını bildirib: "Vaxtilə Azərbaycan ziyalılarının nümayəndələri Dərbənddə bir türk dərnəyi yaratmışdılar ki, bu da sonradan Azərbaycan teatrına çevrilmişdi. Yeri gəlmişkən, bu gün Azərbaycandan gələn qonaqlar bu mühüm mədəni məkanın açılışını qeyd etmək üçün Dərbənddə olacaqlar".

Избранный
27
14
apa.az

10Источники