RU

AÇ-2027: U-21 Portuqaliyaya qarşı - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan gənclər 6-cı tur çərçivəsində evdə oynayacaq.

Rəşad Eyyubovun komandası qrup lideri Portuqaliya millisini qəbul edəcək. "Neftçi"yə məxsus "Palms Sports Arena"da baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.

AÇ-2027
B qrupu, 6-cı tur
27 mart

Azərbaycan (U-21) – Portuqaliya (U-21) 0:0 (2-ci hissə)
Hakim: Xristos Vergetis (Yunanıstan).
Bakı. "Palms Sports Arena". 

Azərbaycan: 22. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov (k), 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 11. Nahid Əliyev, 15. Oruc Məmmədov, 18. Raul Məmmədov, 19. Əkbər Eyyubov, 20. Şahin Şahniyarov.

Portuqaliya: 1. Joau Karvalyu, 2. Daniel Banjaki, 4. Tyaqu Qabriel, 6. Qabriel Braş (k), 7. Karlos Forbş, 8. Joau Simoeş, 9.
Yusef Şermiti, 10. Qonsalu Moreyra, 11. Noa Saviolu, 14. Matiaş Di Amorim, 19. Tyaqu Parente.
 

Избранный
22
7
fanat.az

8Источники